AZ

Türkiyə nəhəngi heyətini gücləndirdi

"Beşiktaş" transfer çalışmalarında növbəti rəsmi addımını atıb.

Fanat.Az xəbər verir ki, Klub İngiltərənin “Lester Siti” komandasından ayrılan nigeriyalı yarımmüdafiəçi Vilfred Endidi ilə 3+1 illik müqavilə imzalayıb.

Xəbəri türkiyəli idman jurnalisti Yağız Sabuncuoğlu öz sosial media hesabında yayımlayıb.

İmzalanan müqavilə çərçivəsində Endidi istəyə bağlı olaraq 4-cü ili də "Beşiktaş"da keçirə bilər.

"Beşiktaş" Vilfred Endidi transferi ilə orta xəttə təcrübə, fiziki güc və oyun oxuma bacarığı əlavə edir. Bu keçid həm də “qartallar”ın növbəti mövsüm üçün iddialı planlarının göstəricisidir.

Kamil Xudiyev

 

Seçilən
100
fanat.az

1Mənbələr