BAKI, 4 avqust. TELEQRAF
İsrail hakimiyyəti yaxın vaxtlarda Qəzza sektorunda müharibənin məqsədlərinə çatmaq üçün yeni tədbirlər görəcək.
Teleqraf xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahunun ofisinin məsləhətçisi Dmitri Gendelman bildirib.
"Qəzzada müharibənin hədəfləri dəyişməyib: girovların qaytarılması, HƏMAS-ın hakimiyyətdən uzaqlaşdırılması və Qəzza sektorunun demilitarizasiyası", - o bildirib.