AZ

Ukrayna dronları Rusiyanın ən iri neft zavodlarından birinin fəaliyyətini dayandırdı – Reuters

Rusiyanın ən iri neft şirkəti “Rosneft”ə məxsus Novokuybışevsk neft emalı zavodu Ukrayna dronlarının hücumu nəticəsində fəaliyyətini dayandırıb.

Bu barədə Reuters agentliyi məsələ ilə tanış olan və adlarının açıqlanmasını istəməyən iki mənbəyə istinadla xəbər yayıb.

Məlumata görə, 2 avqust tarixində baş verən hücum zamanı zavodun əsas ilkin emal qurğusu – KDU-11 zədələnib. Bu qurğunun sutkalıq emal gücü 18 900 ton təşkil edir. Zavodda daha bir qurğu – KDU-9 də mövcuddur, lakin onun avqust ayında planlı təmirə dayandırılması nəzərdə tutulurdu. Təmirin sentyabrda başa çatması planlaşdırılır.

Beləliklə, hər iki əsas emal qurğusunun fəaliyyətsiz qalması zavodun tam dayanmasına səbəb olub.

//Samir Qurbanov, Editor.az

Seçilən
15
editor.az

1Mənbələr