AZ

Rusiya BMT Təhlükəsizlik Şurasının iclasına ev sahibliyi edəcək

Avqustun 5-də Rusiyada “Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində uğursuzluğu” mövzusunda BMT Təhlükəsizlik Şurasının qeyri-rəsmi iclası keçiriləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Ümumdünya Təşkilatı yanında Daimi Nümayəndəliyinin Teleqram kanalında məlumat verilib.

26 aprel 2025-ci ildə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Rusiya prezidenti Vladimir Putinə Kursk vilayətinin azad edilməsi əməliyyatının başa çatması barədə məlumat verib.

Rusiya lideri bəyan edib ki, Kursk vilayətinin işğalı zamanı Ukrayna ordusu 76 min insan itirib.

Seçilən
1
operativmm.az

1Mənbələr