“Şamaxı” heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.


Rekord.az xəbər verir ki, əyalət klubu gənc futbolçu Ravil Qafarovu heyətinə qatıb.


Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.


19 yaşlı sol cinah müdafiəçisi ilə 1 illik müqavilə imzalanıb.


Qafarovun sonuncu iş yeri “Cəbrayıl” olub. O, daha öncə “Qəbələ”də çıxış edib.