AZ

“Liverpul” 17 yaşlı hücumçu transfer edib

“Liverpul” “Solford Siti”nin hücumçusu Uil Rayt ilə müqavilə imzalayıb.

90deqiqe.Az klubun rəsmi saytına istinadən məlumatına görə, müqavilənin müddəti və maliyyə detalları açıqlanmayıb.

 17 yaşlı forvard Mersisayd təmsilçisində karyerasına əsasən gənclər komandasında başlayacaq.

Mərkəz hücumçusu olan Uil Rayt 190 sm boyundadır. O, 2024/2025 mövsümündə “Solford”un əsas komandasında debüt edib, bundan əvvəl isə klubun gənclər və yeniyetmə komandalarında çıxış edib.

Qeyd edək ki, ötən mövsüm “Liverpul” İngiltərə Premyer Liqasını qalib kimi başa vurub və ən yaxın rəqibi “Arsenal”ı 10 xal qabaqlayıb.

Seçilən
6
90deqiqe.az

1Mənbələr