“Barselona” yeni mövsümə hazırlıqları çərçivəsində yoxlama oyunu keçirib.
Futbolpress.az xəbər verir ki, Kataloniya təmsilçisi Cənubi Koreyanın “Daequ” komandası ilə üz-üzə gəlib. Görüş “Barselona”nın qələbəsiylə başa çatıb – 5:0.
Kataloniyalıların qollarını Qavi (2), Robert Levandovski, Toni Fernandes və Markus Reşford vurub.