Bakı. Trend:
İtaliyada, Roma yaxınlığında yerləşən Makkareze çimərliyindətornado baş verib.
Trend xəbər verirki, bu barədə "Daily Mail" məlumat yayıb. Qəfil başlayan güclükülək sahildəki çətirləri və digər əşyaları havaya sovurub. Hadisənəticəsində turistlər arasında təşviş yaranıb və onlar ərazidənuzaqlaşmağa çalışıblar.
Tornadonun təsirindən bir qadın xəsarət alıb, ona dərhal tibbiyardım göstərilib.
Eyni zamanda, İtaliyanın şərqində yerləşən Delta del Posahillərində iki sütun şəklində yaranan nəhəng su burulğanlarımüşahidə olunub. Sonradan bu burulğanların birləşdiyibildirilib.
İtaliya Meteoroloji Xidməti bazar ertəsi ölkənin şimal bölgələriüçün orta səviyyəli hava xəbərdarlığı yayıb. Marke və Umbriyabölgələrində güclü yağış və ildırımın olacağı gözlənilir.