Yırtıcı quşlar adətən iti dimdiyə, pəncələri olan ayaqlara malik olur və havadan ovlayır. Lakin hamısı bu təsvirə uyğun gəlmir.
HİT.az xəbər verir ki, Rutgers Universitetindən olan amerikalı evolüsion bioloq Skott Trevers "Forbes" üçün yazdığı məqalədə katabə quşu (papağan quşu) haqqında danışıb. O, bu quşun unikal olduğunu vurğulayıb.
Katabə quşunun orta uzunluğu 125-155 sm, çəkisi isə demək olar ki, 4 kq-dır. Bioloq qeyd edib ki, o, tipik bir yırtıcıdan çox durnaya bənzəyir, lakin qartalların və qırğıların qohumudur.
Trevers katabə quşunun əsasən piyada ovlayan tək yırtıcı quş olduğunu bildirdi. O, ovunu ölümə qədər tapdalayır. Adətən bu quş ilanlarla, o cümlədən zəhərli ilanlarla qidalanır. O, həmçinin kərtənkələləri, gəmiriciləri, kiçik quşları və hətta həşəratları da ovlanır.
Trevers vurğulayıb ki, katabə quşu hədəfi görəndə, ovunu sərsəm etmək və ya öldürmək üçün güclü ayaqlarından istifadə edərək ildırım sürətli zərbələr endirir. Onun zərbələri nəinki sürətli, həm də son dərəcə güclüdür.
2016-cı ildə "Current Biology" jurnalında dərc olunan araşdırmada alimlər katabə quşunu rezin ilana zərbə endirməyə öyrətmişdilər. Tədqiqatçılar müəyyən etdilər ki, onun zərbələrinin gücü 195 nyuton təşkil edir ki, bu da onun çəkisindən təxminən beş dəfə çoxdur.
Bioloq danışıb ki, katabə quşunun ayaqları uzun və güclüdür. Onlar ilan dişləmələrindən qorunmağa kömək edən möhkəm pulcuqlarla örtülüdür. Bu quşun qırğınkimi iti və əyri dırnaqları yoxdur, lakin onlar ovu tutmağa imkan verir.
Üstəlik, katabə quşu aktiv qida axtarışı zamanı nadir hallarda uçur. O, ən çox ağacların üstündə gecələmək üçün göyə qalxır.
Bundan əlavə, bioloq bildirib ki, katabə quşları adətən tək-tək və ya cüt-cüt yaşayır. Onlar gündüz və gecə ovlayır, sonra isə ağacların zirvələrindəki yuvalarına qayıdır.
Katabə quşu da, bir çox digər yırtıcı quşlar kimi, insan fəaliyyəti səbəbindən əziyyət çəkir. Kənd təsərrüfatı səbəbindən bu quşlar təbii yaşayış mühitlərini itirir və son illərdə onların populyasiyası azalıb. Bioloq qeyd edib ki, hazırda katabə quşu Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (IUCN) nəsli kəsilmək təhlükəsində olan növlər siyahısına daxil edilib.
Samir