AZ

Sirkə içib arıqlamaq istəyənlər - Ölə bilərsiz!

Məlumdur ki, bu günlərdə arıqlamaq üçün sirkə turşusu içən 34 yaşlı Sumqayıt şəhər sakini zəhərlənərək ölüb.

Danılmaz faktdır ki, son zamanlar əksər insanlar arıqlamaq üçün sirkə içir.

Ancaq onlar bunun fəsadlarından xəbərsizdir.

Bəs sirkənin arıqlamaq məqsədilə istifadəsi nə dərəcədə təhlükəlidir və bu zaman nələrə diqqət edilməlidir? 

Qida eksperti Leyla Sariyeva Hit.az-a deyib ki, bir çox insan arıqlamaq üçün sirkəli su və müxtəlif istifadə hallarını qəbul edir. Sirkə kəskin və gigiyenik maddədir:

“İstehlakda önəmli olan suyun özüdür. Acqarına alma sirkəsi içmək mədədə narahatlıq yarada bilər. Ümumiyyətlə, sirkə turşusu diş minasını zədələyə bilər və seyreltilməmiş formada ağız və yemək borusunun yanıqlarına da səbəb ola bilər. Son vaxtlar çoxlu sayda insan sırf sirkə içdiyinə görə zəhərlənmə, şiddətli mədə ağrısı diaqnozu ilə həkimə müraciət edir. Arıqlamaq istəyənlər bunu təbii qaydada etsin, sirkə içməklə deyil. Sirkə sağlıq üçün riskdir”.

Sevinc

Seçilən
4
hit.az

1Mənbələr