AZ

Əbülfəs Qarayev kimi yaşamaq...

Sabiq mədəniyyət naziri Əbülfəs Qarayev yenə ona qarşı səslənən ittihamlara cavab verməkdən boyun qaçırıb.

Vaxtilə mühüm vəzifədə çalışan ölkənin keçmiş naziri Rusiyaya işləməsi, şimal qonşumuzun maraqlarına xidmət etməsi ilə bağlı ittiham qarşısında susur.

“Qafqazinfo” xəbər verir ki, o, bu dəfə mərhum yazıçı Elçin Əfəndiyevin vida mərasimində görünüb.

Əməkdaşımız ona ciddi ittihama cavab verməsi üçün imkan yaradıb. Qarayev isə sadəcə, “Heç nə, yaşayıram” deməklə kifayətlənib.

Bu, sabiq məmurun eyni sualdan ikinci qaçışıdır. Daha öncəsində də mətbuat nümayəndələri Əbülfəs Qarayevlə eyni ittihamla bağlı əlaqə saxlamış, keçmiş nazir isə “İndi Bakıda deyiləm. Ona görə də yayılan xəbərlərlə bağlı geniş açıqlama verə bilmirəm”, deyərək söhbəti bağlamışdı.

Bəlkə də, susmaq razılıq əlamətidir. Görünür, Qarayev susmaqla, həm də “Od olmayan yerdən tüstü çıxmaz” misalını da təsdiqləyir. 

Amma normalda vətənini, millətini sevən, xüsusən də bir ölkənin naziri olmuş şəxs heç vaxt belə ittihamlarla razılaşmaz, əlinə düşən ilk fürsətdəcə buna cavab verərdi. Ən azından deyərdi ki, haqqımda yayılan məlumatlar yalandır, mən bu ölkənin naziri olmuşam, xalqa xidmət etmişəm, haqqımı məhkəmə salonlarında arayacam və s.

Bunu belə söyləmir. Əvəzində “Heç nə, yaşayıram” deyir. Əslində, bu, yaşamaq da deyil. Lap səltənət içində olsa da...

Emin Səfərov

Seçilən
2
1
qafqazinfo.az

2Mənbələr