Avqustun 4-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Türkmənistana işgüzar səfərə gedib.
Bu barədə Day.Az-a Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilir ki,Türkmənbaşı şəhərinin beynəlxalq aeroportunda Ə.Əsədovu Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Hocamırat Gəldimıradov və digər rəsmi şəxslər qarşılayıblar.