“WhatsApp” səsli süni intellekt funksiyası üzərində işləyir. Metbuat.az xəbər verir ki, Meta AI istifadəçilərə məlumatı yazmadan danışmağa və qəbul etməyə imkan verəcək. Yenilik iOS beta versiyasında müşahidə edilib. Bu yenilik qarşılıqlı əlaqəni həm daha intensiv, həm də daha təbii etmək məqsədi daşıyır. Yeni funksiya ilə istifadəçilər söhbət ekranında Meta AI seçimi vasitəsilə səsli əmrlər verə biləcəklər. “WhatsApp”ın zəng pəncərəsinin sağ alt küncünə əlavə edilən mikrofon işarəsi istifadəçilərə süni intellektlə səsli söhbətlər aparmağa imkan verəcək. Bu, istifadəçilərə sual vermək, məlumat almaq və ya süni intellektə əmrlər verməklə vizual məzmun yaratmaq imkanı verəcək.