AZ

“Şkendiya”nın baş məşqçisi: “Qol vuracağımıza ümid etməliyik”

“Şkendiya”nın baş məşqçisi Yeton Beqiri Çempionlar Liqasında sabah “Qarabağ”a qarşı keçirəcəkləri III təsnifat mərhələsi oyunundan əvvəl fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis təşkil olunan mətbuat konfransında bunları deyib:

“Avrokuboklarda hər komandanın özünəməxsus keyfiyyətləri var. Komanda olaraq maksimumu etməliyik. Oyuna qədər onların güclü və zəif tərəflərini təhlil etməyə çalışdıq.

“Qarabağ” çox ciddi komandadır son 12 mövsümün 11-də çempion olub. Komandaya uzun müddət rəhbərlik edən və çox yaxşı biri olan məşqçi var. Maksimum diqqətli oynamalıyıq. Şanslarımız olacaq və bundan yararlanmalıyıq. Qol vuracağımıza ümid etməliyik. Hər iki oyunda bu amil vacibdir”.

Mütəxəssis “Qarabağ” ilə II təsnifat mərhələsində keçdikləri FCSB-nı müqayisə edib:

“Qarabağ” və FCSB fərqli komandalardır. “Qarabağ”ın gücü uzun müddət eyni baş məşqçisinin rəhbərliyi altında oynaması və neçə illərdir birlikdə olan oyunçuların oynamasıdır. Rəqibə hörmət etməliyik. “Qarabağ” favorit görünür, amma qarşıda oyunlar var. Hər şeyi yoxlamağa çalışacağıq. Cütün taleyi Bakıdakı oyundan sonra məlum olacaq”.

Seçilən
28
futbolpress.az

1Mənbələr