
"Uşaqlıq mioması" diaqnozu əvvəllər əsasən yaşlı qadınlarla əlaqələndirilirdisə, son dövrlərdə bu xəstəlik getdikcə daha gənc yaşlarda – 35 yaşa qədər olan qadınlarda da diaqnoz edilir. Rusiyada aparılan müşahidələrə əsasən, mioma hallarının sayında ciddi artım müşahidə olunur ki, bu da həkimləri narahat etməyə başlayıb.Mütəxəssislər bildirirlər ki, uşaqlıq mioması – uşaqlığın əzələ qatında formalaşan xoşxassəli şişdir. Bu şişlər hormonal dəyişikliklər, genetik meyillilik, stress, həyat tərzi və hətta artıq çəki kimi amillərlə əlaqələndirilir.Əvvəllər bu xəstəliyin əsasən 40 yaşdan yuxarı qadınlarda rast gəlindiyi düşünülürdü. Lakin indi 20-30 yaş arasında olan gənc qadınlarda da miomaya rast gəlinməsi həkimləri ciddi narahat edir. Erkən yaşda yaranan miomalar sonsuzluq, hamiləlikdə ağırlaşmalar və menstrual pozuntulara səbəb ola bilər.Həkimlərin tövsiyəsi:Gənc qadınlara ildə bir dəfə ginekoloq müayinəsindən keçmək, hormonal tarazlığa diqqət yetirmək, stressi azaltmaq və düzgün qidalanmaq tövsiyə olunur. Miomanın erkən mərhələdə aşkarlanması onun müalicəsini asanlaşdırır və fəsadların qarşısını alır.Ulusum.az
Diqqət Çəkənlər
Türk dünyası Levkoşada bir araya gəldi – Azərbaycanlı şairlər beynəlxalq poeziya axşamında - FOTO
Zilviyə – Gəncənin şirin xatirəsi - VİDEO
“Baltik Suvenir” – ən böyük kehrəba parçası 1,18 milyon rubla satıldı