AZ

Xərçəngin qarşısını alan 6 sadə qida –Həkim rəyi

Bağırsaq xərçəngi ilə bağlı xəstəliklərin artması həkimləri narahat edir. Mütəxəssislər hesab edir ki, düzgün qidalanma bu xəstəliyin qarşısını almaqda böyük rol oynayır.

AzPost xəbər verir ki, Britaniyalı həkim Cosef Salxabın fikrincə, bir çox insanın soyuducusunda olan bəzi sadə qidalar bağırsaq xərçəngindən qorunmağa kömək edə bilər.

Həkim gündəlik adi yoqurt yeməyi tövsiyə edir. Bu məhsul faydalı bakteriyalarla zəngindir və bağırsaq xərçəngi riskini iyirmi faiz azalda bilər. Qoz, badam və fındıq da vacib qidalar sırasındadır. Onlar lif, zülal və faydalı yağlarla zəngindir, həm ürək, həm də şəkərli diabet riskini azaldır.

Alma bağırsaq üçün çox faydalıdır. Araşdırmalara görə, alma yemək bağırsaq xərçəngi riskini qırx yeddi faiz azalda bilər. Kivi də vacib meyvələrdəndir. O, C vitamini və antioksidantlarla zəngindir və hüceyrələri qoruyur.

Avokado tərkibindəki faydalı maddələr və yağlar sayəsində bağırsağı qoruyur. Pomidor isə güclü antioksidant olan likopinlə zəngindir və bədxassəli hüceyrələrin yaranmasına qarşı təsirlidir.

Başqa bir həkim Hani Yusif izah edir ki, bağırsaqdakı faydalı bakteriyalar qidada olan lifləri parçalayaraq butirat adlı maddə yaradır. Bu maddə bağırsaq hüceyrələrini qidalandırır və iltihabı azaldaraq xərçəngin yaranmasının qarşısını alır.

Həkimlər bildirir ki, sağlam qidalanma vacibdir, amma əgər qarında ağrı, qanlı nəcis və ya uzunmüddətli yorğunluq kimi narahatedici əlamətlər varsa, mütləq həkimə müraciət etmək lazımdır. Mütəxəssislərin fikrincə, düzgün həyat tərzi və qidalanma ilə bağırsaq xərçəngi hallarının əlli dörd faizi qarşısı alına bilər.

AzPost.az

Seçilən
7
1
azpost.info

2Mənbələr