AZ

Premyer Liqada son 10 ilin bombardiri açıqlanıb

İngiltərə Premyer Liqasında son 10 ilin ən məhsuldar futbolçuları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, "Mançester Siti”nin hücumçusu Serxio Aquero 2010-19-cu illərin ən yaxşı bombardiri adına sahib olub.

Argentinalının hesabında 174 qol var. "Tottenhem”in ingiltərəli ulduzu Hari Keyn rəqib qapılarına 136 dəfə yol tapıb.

"Mançester Yunayted”in sabiq forvardı Ueyn Runi siyahıda 3-cüdür. O, 114 qola sevinib. "Everton”la "Mançester Yunayted”də 113 qol vuran Romelu Lukaku da 100 top səddini adlayıb.

Qeyd edək ki, S.Aquero Premyer Liqada 254 oyun keçirib.

www.anews.az
Seçilən
7
anews.az

1Mənbələr