AZ

“Rəqibə hörmət edirik, ancaq özümüzə də hörmət etməliyik” – “Şkendiya”nın baş məşqçisi

“Şkendiya”nln baş məşqçisi Yeton Bekyiri “Qarabağ”la Çempionlar Liqasının III təsnifat mərhələsinin oyunundan öncə fikirlərini bildirib. Msport.az xəbər verir ki, o, Skopyedə təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

“Rəqibin kimliyindən asılı olmayaraq, biz yaxşı formada olmalıyıq və var-gücümüzü qoymalıyıq. “Qarabağ” yüksək ustalıq səviyyəsinə malik komandadır. Bu klub son 12 ildə 11 dəfə öz ölkəsinin çempionu olub. Onlaırn çox təcrübəli məşqçiləri var. Bizim də öz planımız var. Rəqibə hörmət edirik, ancaq özümüzə də hörmət etməliyik. Biz yalnız işə tam ciddi yanaşacağımız halda, birinci oyunda uğurlu nəticə əldə edə bilərik. Düşünürəm ki, cütün qalibi Bakıdakı matçdan sonra məlum olacaq.

Hər klubun özünəməxsus büdcəsi var. Rumıniya təmsilçisi FKSB daha imkanlı klubdur, amma “Qarabağ”a da xeyli pul qoyulub. Futbol elə idman növüdür ki, əgər böyük istəklə oynaya bilsək, maksimum gücümüzü ortaya qoyub “Qarabağ”la görüşlərdən qalib ayrıla bilərik”.

 

 

Seçilən
4
1
msport.az

2Mənbələr