"Mançester Siti" kapitanı Ruben Dias komandada qalacaq. 

Offsideplus.az xəbər verir ki, təcrübəli müdafiəçi ilə uzun müddətli yeni müqavilə üçün razılıq əldə edilib. Onun hazırkı müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatırdı. 

Qeyd edək ki, 28 yaşlı müdafiəçi 2020-ci ildə 71.6 milyon avro qarşılığında "Benfika"dan transfer olunub.