Əvvəllər evdə hazırlanan turşuların uzun müddət xarab olmaması üçün tərkiblərinə aspirin qatılırdı. Amma mütəxəssislər bildirir ki, bu üsul sağlamlıq üçün təhlükəlidir.
News24.az xəbər verir ki, aspirin bəzi mikrobların çoxalmasının qarşısını ala bilər, lakin onun tərkibindəki maddələr mədə, böyrək və immun sisteminə ciddi ziyan vurur. Uşaqlarda isə "Reye" sindromu kimi ağır fəsadlara səbəb ola bilər.
Mütəxəssislər aspirindən istifadə etməməyi, onun əvəzinə alma və ya üzüm sirkəsi, limon suyu, sitrik turşusu və ya xardal toxumu kimi daha təhlükəsiz vasitələrdən istifadə etməyi tövsiyə edirlər.
Xeyrənsə Piriyeva