AZ

Litva İsraili aclıqdan siyasi alət kimi istifadə etməməyə çağırıb

“Qəzza zolağında humanitar vəziyyət faciəvi olaraq qalır. Aclıqdan siyasi və ya hərbi alət kimi istifadə edilə bilməz”.

Bakues.az “DHA”ya istinadən xəbər verir ki, bunu Litva prezidenti Gitanas Nauseda deyib.

O, İsraili Qəzza zolağındakı humanitar böhranın həlli üçün təcili addımlar atmağa çağırıb.

“Qəzza zolağının mülki əhalisinə, xüsusilə qadınlara və uşaqlara kifayət qədər humanitar yardımın çatdırılmasını və paylanmasını təmin etmək lazımdır”, – Nauseda vurğulayıb.

Asim

Seçilən
2
icma.az

1Mənbələr