AZ

Tayland və Kamboca Malayziyada danışıqlara başlayır

Malayziyanın paytaxtı Kuala-Lumpurda Tailand və Kambocanın yüksək səviyyəli təhlükəsizlik rəsmiləri arasında sülh danışıqları başlayıb.

Bakues.az “Bloomberg”ə istinadən xəbər verir ki, görüş sərhədboyu mübahisəli məsələlərin həlli üçün əsas ikitərəfli mexanizmlərdən biri olan Baş Sərhəd Komitəsinin sessiyası çərçivəsində keçirilir.

Banqkokun xahişi ilə iclas vəziyyətin həssas xarakteri səbəbindən Malayziyanın paytaxtına köçürülüb. Malayziyanın Müdafiə Nazirliyi danışıqların başlandığını təsdiqləyib.

Tərəflər sərhəddə vəziyyətin sakit olduğunu və hər iki ölkənin Malayziyanın baş naziri Ənvər İbrahimin vasitəçiliyi ilə əldə olunmuş atəşkəs şərtlərinə əməl etməyə hazır olduğunu vurğulayıblar.

Asim

Seçilən
35
icma.az

1Mənbələr