AZ

“Axios”: Demokrat senatorlar Trampdan Fələstinin müstəqilliyini tanımasını istəyiblər

Ayna saytına istinadən ain.az xəbər verir.

Senatorlar Tramp administrasiyasını Fələstin dövlətini tanımağa çağıran məktub imzalayıblar

ABŞ Senatının Nümayəndələr Palatasındakı Demokratlar Partiyasının üzvləri Amerika lideri Donald Trampdan Fələstini müstəqil dövlət kimi tanımasını xahiş ediblər. AYNA.AZ xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrinə istinadən məlumat yayıb.

"Ondan çox Nümayəndələr Palatasının demokrat senatorları Tramp administrasiyasını Fələstin dövlətini tanımağa çağıran məktub imzalayıblar", - nəşr yazıb.

Bundan əvvəl ABŞ dövlət katibi Marko Rubio bildirib ki, ABŞ Fransa Prezidenti Emmanuel Makronun müstəqil Fələstin dövlətini tanımaq təşəbbüsünü rədd edir. O vurğulayıb ki, bu ehtiyatsız qərar “yalnız HƏMAS təbliğatına xidmət edir” və “bizi sülhdən uzaqlaşdırır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
ayna.az

1Mənbələr