AZ

"İlk dəfə Beynəlxalq Riyaziyyat Olimpiadasında..." — AÇIQLAMA

"Azərbaycan məktəbləri beynəlxalq olimpiadalarda əvvəlki illərdə kifayət qədər yüksək nəticələr göstərib. Riyaziyyat Olimpiadasında indiyə qədər qızıl medalı olmayıb, amma gümüş medalı medal kifayət qədər olub". 

Bunu Demokrat.az-a açıqlamasında təhsil eksperti Elçin Süleymanov deyib.

Ekspert bildirib ki, bu ilkin nəticə ürəkaçan olmasa da, onun müəyyən obyektiv, subyektiv səbəbləri ola bilər:

"Bu il ilk dəfə Beynəlxalq Riyaziyyat Olimpiadasında süni intellekt əsaslı bir qiymətləndirmə həyata keçirirdilər. Ola bilsin ki, hazırlaşanlar yeni sistemlə ilk dəfə qarşılaşırdı deyə yaxşı nəticə göstərə bilməyiblər.Burada olimpiada ilə əlaqəli hazırlıq daha spesifikdir. Müəyyən bir proqram, metodika olmalıdır. Azərbaycanın riyaziyyat elminin kifayət qədər yaxşı ənənələri var".

Ekspert həmçinin qeyd edib ki, olimpiadada qardaş ölkə bu il çox yaxşı nəticə göstərib:

"Qardaş ölkədə olimpiada komitəsinin sədri həmvətənlimizdir. Dolayısı ilə Azərbaycan gənclərinin istedadı kifayət qədər yüksəkdir və düşünürəm ki, indiyə qədər qızıl medal almasalar da, müstəqillikdən sonra, 30 ildən artıqdır bu olimpiyadada iştirak edir və hər il heç olmasa gümüş və ya bürünc medal alır. Ümid edirəm ki, bir az bu ilki ictimai hadisələri diqqətə alsaq, önümüzdəki olimpiyaçılarımızdan daha yaxşı nəticə eşidəcəyik".

Qeyd edək ki, 110 ölkənin iştirak etdiyi Avstraliyada keçirilən 66-cı Beynəlxalq Riyaziyyat Olimpiadasında Azərbaycan heç bir medal qazana bilməyib.

Əfsanə Kamal
Demokrat.az
Seçilən
1
1
demokrat.az

2Mənbələr