“Arsenal”ın sabiq yarımmüdafiəçisi Tomas Parti karyerasını İspaniyada davam etdirəcək.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, qanalı futbolçu “Vilyarreal”la müqavilə imzalayıb.
Razılaşma 2027-ci ilin ortalarına qədər nəzərdə tutulub.
Parti azad agent statusunda İspaniya klubuna keçəcək. Onun “Arsenal”la müqaviləsinin müddəti iyulun 1-də başa çatıb.
32 yaşlı futbolçu 2020-ci ildən “Arsenal”da çıxış edirdi. O, İngiltərə Premyer Liqasında 130, İspaniya La Liqasında isə163 oyun keçirib.
Parti İngiltərəyə gəlməmişdən əvvəl “Atletiko”də forma geyinib.
“Vilyarreal” son mövsümdə La Liqanı turnir cədvəlinin 5-ci pilləsində başa vuraraq, növbəti mövsüm üçün UEFA Çempionlar Liqasına vəsiqə qazanıb.