AZ

Trampın baş məsləhətçisi Hindistanı ittiham etdi

ain.az, 525.az portalına istinadən məlumat yayır.

ABŞ prezidenti Donald Trampın baş məsləhətçisi Stiven Miller Hindistanı Rusiyanın Ukraynaya qarşı apardığı müharibəni maliyyələşdirməkdə günahlandırıb.

525.az xarici mətbuata istinadən xəbər verir ki, Miller Hindistan rəhbərliyinin Rusiyaya maliyyə dəstəyi verməkdə ittiham edib.

“İnsanlar Hindistanın rus nefti almaqda Çinlə başa-baş getdiyini öyrəndikdə təəccüblənəcəklər”, - deyə S.Miller vurğulayıb.

Qeyd edək ki, Donald Tramp Hindistana qarşı 25 faiz tarif tətbiq ediləcəyini bildirib. ABŞ-ın xəbərdarlıqlarına baxmayaraq, Hindistanın Rusiyadan neft almağa davam edəcəyi iddiaları Vaşinqton-Yeni Dehli münasibətlərini gündəmə gətirib.

Ləman İlkin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
525.az

1Mənbələr