"Cehiz problemi yaddan çıxarılmış problem olmalıdır" — AÇIQLAMA
“Boşanmaların səbəbləri çoxdur və boşanma səbəbləri bir qədər fərqli xarakter daşıyır. Hər boşanmanın öz səbəbi var".
Bunu Demokrat.az-a açıqlamasında sosioloq Üzeyir Şəfiyev deyib.
O, bildirib ki, cehiz problemi anlayışla qurulmayan, sevgi əsası olmayan ailələrdə daha çox boşanmalara gətirib çıxarır:
"Ailələr tam sağlam əsasda qurulmalıdır.Boşanmaların səbəblərini cehiz probleminə bağlamaq sadə bir yanaşma olardı. Cehiz problemi bizim cəmiyyətdə köhnədən qalan yanaşmadır. Bu, çağdaş dövrlə qəti ayaqlaşmır. Indi elə rəqəmsal bir cəmiyyətdə yaşayırıq ki, alınan cehizlər qısa zaman kəsiyində öz aktuallığını itirə bilər".
Ekspert deyir ki, cehiz problemi cəmiyyətdə artıq yaddan çıxarılmış problem olmalıdır:
"Ənənəvi cəmiyyətlərdə, orta əsrlər dönəmində və indiki sürət əsrində insanlar cehiz problemi ilə məşğul olmamalı, əsas məqsədləri övladlarına təhsil vermək üçün çalışmaq olmalıdır".
Əfsanə Kamal
Demokrat.az