Qərbi Afrika ölkəsi Qanada M çiçəyi (mpox) virusu yayılmaqda davam edir. Qana Səhiyyə Xidmətinin (GHS) yaydığı rəsmi məlumata görə, son günlərdə ölkədə 20 yeni yoluxma hadisəsi aşkarlanıb. Beləliklə, may ayından bu yana ümumi yoluxma sayı 302-yə yüksəlib.
News365.az xəbər verir ki, açıqlamada qeyd olunur ki, son yoluxmalar həftəlik artım baxımından ən yüksək göstərici olmaqla yanaşı, indiyədək ölüm hadisəsi qeydə alınmamış epidemiya üçün dönüş nöqtəsi hesab edilir.
Virusun əsasən yoluxmuş şəxslərlə yaxın fiziki təmas vasitəsilə yayıldığı bildirilir. Səhiyyə qurumu əhalini diqqətli olmağa və hər hansı simptomu erkən mərhələdə bildirməyə çağırıb.
Qeyd edək ki, hökumət mayın 19-da bu il ilk dəfə 4 nəfərdə M çiçəyi virusunun aşkarlandığını, iyulun 28-də isə virusdan ilk ölüm faktının qeydə alındığını açıqlayıb.
Hazırda ölkədə virusun yayılmasının qarşısını almaq məqsədilə yüksək risk qrupuna aid şəxslər üçün peyvənd kampaniyası davam etdirilir.
News365.az