AZ

Rusiyanı sarsıdan cavab Bakı Moskvanı “ürəyindən” nişan alır

ain.az, GlobalInfo saytına istinadən bildirir.

Rusiya ilə Azərbaycan arasında münasibətlərdə son dövrlərdə yeni bir mərhələ keçib. Artıq ənənəvi diplomatik rıçaqlardan çox, informasiya təzyiqi, siyasi manipulyasiya və ideoloji basqılar ön plana çıxır. Kremlə yaxın media resurslarının, ekspert şəbəkələrinin və “yumşaq güc” alətlərinin aktivləşdirilməsi Moskvanın Bakıya qarşı hibrid müharibə formatında təsir göstərmək istədiyini göstərir.

Azərbaycan bu yeni tip müharibəyə necə cavab verir? İnformasiya və ideoloji sahədə hansı strategiyalar qurulur? Müdafiədən hücuma keçmək üçün nə lazımdır və dövlət bu mərhələyə hansı hazırlıqla qədəm qoyur?

Globalinfo.az-a danışan politoloq Fərhad Məmmədov bildirib ki, Rusiya-Azərbaycan münasibətlərində yaranmış gərginliyin əsas səbəbi Kremlin tutduğu mövqedir:

“Təyyarə qəzası ilə bağlı məsələdə Azərbaycanın haqlı tələblərinə cavab verilməməsi ölkəmizin Rusiyaya qarşı müəyyən mövqe sərgiləməsinə səbəb olub. Bu istiqamətdə atılan ilk addım “Rus Evi”nin fəaliyyətinin dayandırılması idi. Azərbaycan artıq gözləmə mövqeyində deyil və yalnız müdafiə olunmaqla kifayətlənmir. Rusiya çalışırdı ki, təyyarə məsələsi digər ikitərəfli münasibətlərdən təcrid olunsun və bunun nəticələri ümumi əlaqələrə təsir etməsin. Lakin rəsmi Bakı açıq şəkildə bildirdi ki, Moskvanın bu yanaşması iki ölkə arasında münasibətlərə mənfi təsir göstərə bilər.

Həmçinin oxuyun:

Çin bu “silahla” hücuma keçib: Avropa böyük ziyanda – Azərbaycanda nə baş verir?

Fərhad Məmmədov

Kreml hansı addımı atırsa, Bakı da ona uyğun adekvat cavab verir. Azərbaycan, Rusiya ilə müqayisədə daha kiçik dövlət olsa da, atdığı addımlar həm rus liberal dairələrində, həm də Qərb mediasında geniş əks-səda doğurur. Rusiya mediasının formalaşdırdığı qərəzli narrativlərə cavab verilir və onların təsiri azaldılır.

Hibrid müharibə şəraitində Azərbaycanın atdığı addımlar daha effektiv görünür. Rəsmi Bakı Rusiya ilə gərginliyin davam etməsində maraqlı olmasa da, prinsipial mövqeyini açıq şəkildə nümayiş etdirir və onu müdafiə etməkdə qətiyyətlidir”.

Safura Bənnayeva

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
globalinfo.az

1Mənbələr