
“Vaşinqton” klubunun hücumçusu Aleksandr Oveçkin Milli Xokkey Liqasının (NHL) tarixində ən çox qazanan oyunçu olub. Bu barədə Sport24, Spotrac və DraftKings Sportsbook-un hesablamalarına istinadən məlumat yayıb.20 il ərzində Oveçkin 161,72 milyon dollar qazanıb. Siyahının ikinci pilləsində “Pittsburq” klubundan Sidni Krosbi yer alır – onun qazancı 155,89 milyon dollar, üçüncü yerdə isə Yevgeni Malkin gəlir – 146,87 milyon dollar.Oveçkinin “Vaşinqton”la müqaviləsi 2025/26 mövsümünün sonunadək qüvvədədir. O, 2005-ci ildən bu komandanın şərəfini qoruyur və 2017/18 mövsümündə “Vaşinqton”u tarixində ilk dəfə Stenli Kubokunu qazanmağa aparıb.Bundan əlavə, Oveçkin NHL-in mütəmadi mövsümlərində ən çox qol vuran oyunçusu olub və əfsanəvi Ueyn Qretskinin 894 qolluq “əbədi” rekordunu keçərək 897 qola çatıb.“Vaşinqton”a keçməzdən əvvəl, 2001–2004-cü illərdə Oveçkin Moskvanın əsas “Dinamo” komandasında çıxış edib. Ondan öncə isə o, “Dinamo”nun məktəbində təhsil alıb və klubun aşağı yaş qruplarında oynayıb.Ulusum.az
Diqqət Çəkənlər
Türk dünyası Levkoşada bir araya gəldi – Azərbaycanlı şairlər beynəlxalq poeziya axşamında - FOTO
Zilviyə – Gəncənin şirin xatirəsi - VİDEO
“Baltik Suvenir” – ən böyük kehrəba parçası 1,18 milyon rubla satıldı