AZ

“Bravo” marketdə 1 dəqiqə fərq ilə eyni məhsula iki fərqli məbləğ tutulub VƏTƏNDAŞ ŞİKAYƏTİ FOTO

ain.az, Avtosfer portalına istinadən məlumat yayır.

Paytaxt sakini “Bravo” supermarketlər şəbəkəsinin qiymət siyasətindən narazılıq edib. Onun sözlərinə görə, eyni tarixdə və cəmi bir dəqiqə fərqlə iki alış-veriş qəbzi çap olunub.

Avtosfer.az xəbər verir ki, hər iki qəbzdə “Ülker Kekstra Çiyələk” məhsulunun fərqli qiymətlə satıldığı ortaya çıxıb.

Vətəndaş şikayətində qeyd edib ki, vitrin qiymətində məhsul 1.89 AZN olaraq göstərilsə də, qəbzlərdə bu məbləğ daha yüksək olub:

“Sadəcə bunu gec fərq etdiyimdən vitrin qiymətini çəkib paylaşa bilmədim. Amma bu açıq-aydın müştərinin aldadılmasıdır. Niyə müştərini belə çaşdırırsınız, insafınız olsun!” – deyə şikayətçi narazılığını ifadə edib.

Fidan

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
avtosfer.az

1Mənbələr