AZ

Miley parlament tərəfindən təsdiqlənən əlillərə yardıma veto qoydu

Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Argentina prezidenti Xavyer Miley pensiyaların artırılması və əlillərə yardım sahəsində fövqəladə vəziyyət elan edilməsi ilə bağlı parlament tərəfindən təsdiq edilmiş qanunlara veto qoyub.

Bizimyol.info xəbər verir ki, müvafiq qərarlar hökumət qəzetində dərc olunub.

"Respublika Prezidenti Xavyer Miley, yaxın zamanda məsuliyyətsiz bir şəkildə qəbul edilmiş, maliyyə mənbələrini göstərməyən və büdcə balansını təhdid edən qanun layihələrinə veto qoyub", — deyə dövlət başçısının mətbuat xidməti tərəfindən dərc olunan şərhdə qeyd edilir.

Hökumətə görə, qanun layihələrinin həyata keçirilməsi 2025-ci ildə 7 trilyon pesos (\$5 milyard) və 2026-cı ildə isə 17 trilyon pesosu (\$12 milyard) büdcəyə başa gələcəkdi. İcra orqanı hesab edir ki, siyasi opponetləri "bütün makroiqtisadi nizamı pozmağa çalışırlar, yaxşı məqsədlərlə gizlənərək", 26 oktyabrda keçiriləcək parlament seçkiləri üçün səs toplamağa çalışırlar.

İyul ayında parlament pensiyaların 7,2% artırılmasına qərar verib və əlillərə dəstəyin artırılması və onlara göstərilən yardımların yaxşılaşdırılması ilə bağlı qanun qəbul edib. Prezidentin veto qərarına qarşı bu təşəbbüsləri müdafiə etmək üçün parlamentin hər iki palatasının üçdə iki hissəsi tərəfindən səs verilməlidir.

Miley dəfələrlə bildirib ki, büdcə profisitinin qorunmasına təhdid yaradan hər hansı bir qanun layihəsinə veto qoyacaq. Əvvəlcə o, parlamentin pensiyaların artırılması və universitetlərin maliyyələşdirilməsi ilə bağlı qəbul etdiyi təşəbbüsləri də rədd edib.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
icma.az

1Mənbələr