AZ

Təhqir olunduğunu bildirən sürücünün yalanları üzə çıxdı: Özü nalayiq sözlər yazıb VİDEO

Avtosfer saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bir neçə gün əvvəl paytaxtın Binəqədi rayonunda sürücülər arasında baş vermiş insidentlə bağlı saytımızda xəbər dərc olunmuşdu. Belə ki, 77-XR-990 dövlət nömrə nişanlı “BMW” markalı avtomobilin sürücüsü aptekə getdiyi üçün maşınını yaşayış evinin girişində bir neçə dəqiqəlik park etdiyini və qayıdarkən 90-AA-428 dövlət nömrə nişanlı “Nissan” markalı nəqliyyat vasitəsinin sürücüsünün onun hərəkətinə əngəl törətdiyini çəkərək paylaşmışdı. O, “AA” nömrəli avtomobilin sürücüsünün dəfələrlə çağırsa da darvazadan çölə çıxmadığını iddia etmişdi.

Məsələylə bağlı Avtosfer.az-a müraciət edən “Nissan” markalı avtomobilin sürücüsü videonun həqiqəti əks etdirmədiyini qeyd edərək hadisənin təhlükəsizlik kamerasından olan görüntüsünü göndərib. O, avtomobilin sürətini artıraraq uzaqlaşmaqda olan “BMW” sürücüsünə yaxınlaşaraq maşını evin girişindən kənara çəkməsini bildirib. Şikayətçi, sözügedən şəxsə dəfələrlə xəbərdarlıq etsə də, sürücünün əliylə xoşagəlməz hərəkətlər edərək “Get işinlə məşğul ol” dediyini iddia edib.

Videodan da göründüyü kimi, “BMW”nin  qapı tutacaqları işığının hələ də yanılı vəziyyətdə olması sürücünün yaxınlıqda olduğunu göstərir. Mövcud vəziyyətdən çıxış yolu kimi, o, maşını “BMW”nin yaxınlığında saxladığını bildirib. Eyni zamanda şikayətçi sürücünün aptekə deyil, marketə getdiyini və 1 dəqiqə yox 5 dəqiqə sonra əraziyə qayıtdığını əlavə edib.

Kadrdan da aydın görünür ki, “Nissan” sürücüsü bir müddətdən sonra çölə çıxıb və onunla dəqiqələrlə danışıb. O, evakuator çağıraraq maşınını ərazidən kənarlaşdıracağını bildirən “BMW” sürücüsünə etdiyi davranışa görə, avtomobilini kənara çəkməyəcəyini və maşına sağ tərəfdən minərək getməsini bildirdiyini əlavə edib. Sonda çarəsiz qalan “BMW” sürücüsü nəqliyyat vasitəsinə sərnişin tərəfdən minərək ərazidən uzaqlaşıb. 

Qeyd edək ki, “BMW” sürücüsü təhqir olunduğunu iddia etsə də, özü Avtosfer.az-ın “TikTok” səhifəsində nalayiq ifadələr işlədib. O, “Cənab 011” istifadəçi adı ilə “Nissan” sürücüsünə təhqiramiz sözlər yazıb.

Nərmin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
49
avtosfer.az

1Mənbələr