AZ

Türkiyə çempionatının 1-ci turu təxirə salınacaq?

Həftəsonu start götürməli olan Türkiyə çempionatının ilk turunun təxirə salınması ehtimalı yaranıb. Çünki avrokuboklarda iştirak edən klubların oyunları təxirə salına bilər.

Bununla bağlı Türkiyə Futbol Federasiyasının 2-ci başqan vəkili Fuat Göktaş bunları deyib:
''Klublardan tələb etmişik ki, bazar ertəsi saat 18.30-a qədər təxirə salma ilə bağlı müraciətlərini bildirsinlər. Çünki təxirəsalmalar olsa, ümumilikdə 11 klubun təqvimi dəyişə bilər. Oyunların planlamasına cavabdeh olan yönəticilər bu məsələ ilə məşğul olur. Bu gün gələcək tələblərə əsasən çərşənbə günü idarə heyəti olaraq toplanaraq qərarımızı verəcəyik''.
''Fənərbaxça'' ''Feyenoord'' ilə oyunları daha rahat keçirmək üçün birinci turda ''Alanyaspor''la oyunun təxirə salınmasını çoxdan tələb edib. ''Beşiktaş'' da ''Kayserispor''la oyunun təxirə salınmasının tərəfdarıdı. Amma kayserililər təxirəsalmanın lehinə deyil. Ona görə də bu mövzu indidən müzakirələrə səbəb olub. ''İstanbul BŞ''nin mövqeyi bəlli deyil. ''Samsunspor'' isə federasiyaya belə bir müraciət ünvanlamağa hazırlaşmır.

''Fənər'' ''Feyenoord'' səddini aşsa, Çempionlar Liqasının təsnifatının pley-offunda ''Benfika'' - ''Nitsa'' cütünün qalibi ilə oynayacaq. Həmin oyunlar 19-20 və 26-27 avqustda keçiriləcək. Belə çıxır ki, ''Fənər''in 3-cü turdakı matçının da təxirə salınması gündəmə gələcək.
Seçilən
15
1
football-plus.az

2Mənbələr