AZ

“Kalaşnikov” konserni KUB süzən sursatlarını sifarişçiyə təhvil verib

Rusiyanın “Kalaşnikov” konserni iyul ayında KUB süzən sursatlarını vaxtında və tam həcmdə sifarişçiyə çatdırıb.

“Poliqon” xəbər verir ki, bu barədə “Kalaşnikov” konserni məlumat yayıb.

“Kalaşnikov” tərəfindən seriyalı istehsal edilən KUB süzən sursatı düşmənin taktiki dərinliyində yerləşən yüngül zirehli texnikalardan ibarət tək və ya qrup hədəflərin məhv edilməsi üçün nəzərdə tutulub. Süzən sursat hədəfə əvvəlcədən təyin olunmuş koordinatlar üzrə yönəldilir. O, gündüz və gecə vaxtı, küləyin sürəti 10 m/s-yə qədər olan şəraitdə tətbiq edilə bilər.

Əlavə olaraq, KUB-ların qrup şəklində – bir neçə süzən sursatın eyni anda yer stansiyasından buraxılması yolu ilə də istifadəsi mümkündür. Bu zaman süzən sursatın idarəetmə sistemi komanda ötürülməsini real vaxt rejimində həyata keçirir.

Xatırladaq ki, 2025-ci ildə “KUB”ların istehsal həcmi ötən ilə nisbətən əhəmiyyətli dərəcədə artıb. Həmçinin konsern bir sıra xarici ölkələrə də KUB süzən sursatlarını tədarük edir.

Seçilən
4
poliqon.az

1Mənbələr