AZ

Azərbaycanda süni intellektdən istifadə edənlərin 96%-dən çoxu “ChatGPT”ni seçir

Bakı. Trend:

Cari ilin iyul ayında “OpenAI” tərəfindən yaradılmış süniintellekt modeli “ChatGPT”nin Azərbaycan bazarında payı 96,1 faizəyüksəlib.

Trend-in“Global Stats” Statistika Mərkəzindən əldə etdiyi məlumata görə, bugöstərici bir ay əvvələ nisbətən 0,11 faiz bəndi azalıb.

Siyahıda ikinci pillədə 2,18 faizbazar payı ilə “MicrosoftCopilot”un çatbotu qərarlaşıb. Bu isə bir ay əvvələ nisbətən 0,69faiz bəndi azdır.

Hesabat ayında “Google Gemini” çatbotunun Azərbaycanda bazarpayı 0,3 faiz bəndi artaraq 1,07 faizə yüksəlib.

Bunlardan başqa, cari ilin iyul ayında “Perplexity” çatbotunAzərbaycanda bazar payı əvvəlki aydakı göstərici ilə müqayisədə0,19 faiz bəndi artaraq 0,68 faizə, “Claude” çatbotunun ölkədəkibazar payı isə 0,31 faiz bəndi artaraq 0,45 faiz təşkil edib.

Məqalədə:
Seçilən
3
az.trend.az

1Mənbələr