Sabunçu Rayon Polis İdarəsinin NMB-nin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçiriblər.
Modern.az xəbər verir ki, əməliyyat zamanı narkokuryerliklə məşğul olan əvvəllər də narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş İlkin Aslan saxlanılıb.
Ondan 5 kiloqram narkotik vasitə marixuana aşkarlanaraq götürülüb. Saxlanılan şəxs ifadəsində narkotikləri sosial şəbəkədə tanış olduğu İran vətəndaşı vasitəsilə əldə etdiyini və ayrı-ayrı ünvanlara çatdırmaq müqabilində pul alacağını bildirib. Faktla bağlı başlanan cinayət işi üzrə araşdırma davam etdirilir.
Qeyd edək ki, Sabunçu rayonunda polis əməkdaşları tərəfindən cari ilin əvvəlindən bu günə qədər keçirilən əməliyyatlar zamanı 70 kiloqram müxtəlif xassəli narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.