AZ

İlk 6 ayda neçə stomatoloji klinikada qanun pozuntuları aşkarlanıb? - RƏSMİ AÇIQLAMA

2025-ci ilin ilk yarısında ölkə üzrə 55 özəl stomatoloji klinikada yoxlamalar aparılıb, 49 klinikada qanun pozuntuları aşkarlanıb.

Day.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

Bildirilib ki, onlardan 6-sı planlı və 12-si plandankənar olub.

"Nəticədə 49 klinikada qanun pozuntuları aşkarlanıb, yalnız 6 klinika fəaliyyətini mövcud qanunvericiliyə tam uyğun şəkildə həyata keçirib.

Yoxlamalar zamanı aşağıdakı nöqsanlar və qanun pozuntuları ən çox rast gəlinən hallar:

• Lisenziyasız fəaliyyət - 10 halda
(İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə)
• Lisenziyadan kənar fəaliyyət -8 halda
(İXM 215.1)
• Sertifikatsız fəaliyyət - 5 halda
(İXM 215.4)
• Həm lisenziyasız, həm də sertifikatsız fəaliyyət - 2 halda
(İXM 215.1 və 215.4)
• Lisenziya şərtlərinin pozulması - 24 klinikada.

Aparılan yoxlamaların nəticəsi olaraq "İnzibatı Xətalar Məcəlləsi"nə əsasən inzibati protokollar tərtib olunub, lisenziya şərtləri ilə bağlı nöqsanlara görə rəsmi qərar və bildirişlər verilib, klinikalara nöqsanların aradan qaldırılması üçün müddət verilib".

"AEM vətəndaşlara tövsiyə edir ki, vətəndaşlar özəl tibb müəssisələrində qanunsuz fəaliyyət, şikayət və ya pozuntularla bağlı aşağıdakı vasitələrlə məlumat verə bilərlər:

• "Bir pəncərə" sektoru
• Qaynar xətt: (012) 596 05 20
• E-poçt: [email protected]
• Rəsmi sayt: www.pharma.az ("Müraciət" bölməsi)
Daxil olan müraciətlər hüquqi əsaslarla araşdırılır və zərurət olduqda müvafiq müəssisələrdə plandankənar yoxlamalar həyata keçirilir",- məlumatda qeyd edilib.

Seçilən
6
3
day.az

4Mənbələr