Ukrayna Krımın əsas hərbi aerodromuna zərbə endirdiyini və dörd Rusiya təyyarəsinin vurulduğunu açıqladı.
Ukrayna Təhlükəsizlik Xidməti ötən gecə Ukrayna ordusunun Rusiyanın Krımdakı əsas hərbi aerodromu Sakiyə hücum etdiyini bildirib. SBU-nun məlumatına görə, zərbələr nəticəsində bir çoxməqsədli Su-30 qırıcısı “tamamilə məhv edilib”. Daha bir Su-30 və üç Su-24 bombardmançı təyyarəsi zədələnib.