ABŞ Senatının Nümayəndələr Palatasındakı Demokratlar Partiyasının üzvləri Donald Trampa müraciət edərək Fələstini müstəqil dövlət kimi tanımasını istəyiblər.
Bu barədə “Axios” mənbələrə istinadən məlumat yayıb.
“Nümayəndələr Palatasından 10-dan çox demokrat Tramp administrasiyasını Fələstin dövlətini tanımağa çağıran məktubu imzalayıb”, - deyə internet nəşri yazır.
Bundan əvvəl ABŞ dövlət katibi Marko Rubio bəyan etmişdi ki, ABŞ Fransa prezidenti Emmanuel Makronun müstəqil Fələstin dövlətinin tanınması təşəbbüsünü rədd edir. O vurğulayıb ki, bu məsuliyyətsiz qərar yalnız HƏMAS-ın təbliğatına xidmət edir və sülhdən uzaqlaşdırır.