AZ

Siçovullar gömrük xidmətinin işinə yarayır

Gömrük yoxlamaları zamanı itlərdən istifadə praktikası dünyada geniş yayılıb. Elə Azərbaycanın özündə də dördayaqlı dostlarımızın köməyindən geniş istifadə edilir. Lakin itlər qaçaqmalçılıqla mübarizədə yeganə heyvan deyil. 

Avtosfer.az xəbər verir ki, Afrikada böyük siçovullar (xüsusən də Qambiya siçovulu) gömrük əməkdaşlarının işinə yarayır. Onların işi itlərdən fərqli olaraq narkotik axtarmaq deyil. Cənubi Afrikada (CAR) elmi-tədqiqat institutlarından birində 11 ədəd böyük siçovul nadir heyvan növlərinin tapılması üzrə təlim keçib. Bu siçovulların əsas missiyası yüklərin arasında gizlədilən kərkədan buynuzu, fil dişi və ya panqolin ətini tapmaqdır. 

Aparılan tədqiqatlar göstərib ki, siçovullar çox böyük yük partiyasının içində ən xırda qaçaqmalı belə tapa bilir. Çünki bu canlıların iybilmə qabiliyyəti çox yüksəkdir. 

Qeyd edk ki, siçovullar 2007-ci ildən Mozambikdə minatəmizləmə işlərində istifadə edilir. Bu canlılar trotil iyinə həssasdır.

Vüqar

Seçilən
31
1
avtosfer.az

2Mənbələr