AZ

Anar Məmmədli ilə birlikdə ittiham olunan adaşı məhkəmə zalında həbs edildi

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli və onunla birgə ittiham olunan Anar Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

NOCOMMENT.az “Report”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə dövlət ittihamçısı vəsatət qaldıraraq Anar Abdullayevin qaydalara əməl etmədiyini əsas gətirərək onun məhkəmə zalında həbs edilməsini istəyib.

Məhkəmə dövlət ittihamçısının vəsatətini təmin edib.

Belə ki, Anar Abdullayev məhkəmə zalında həbs edilib.

Daha sonra ittiham aktı elan edilib.

Hər iki təqsirləndirilən elan olunmuş ittiham üzrə özlərini təqsirli bilməyiblər.

Növbəti iclas 22 sentyabr tarixinə təyin olunub.

Qeyd edək ki, Anar Məmmədli 2024-cü ilin aprel ayında saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Anar Abdullayev isə aprelin 8-də iş üzrə təqsirli bilinib və barəsində məhkəməyədək polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.

Onlar Cinayət Məcəlləsinin 192.3.2-ci, 193-1.3.1, 193-1.3.2, 206.4, 213.2.1, 320.1 və 320.2-ci maddələri ilə ittiham olunurlar.

 

Seçilən
15
32
nocomment.az

10Mənbələr