Pakistanda iyun ayından bu yana davam edən güclü musson yağışları nəticəsində həyatını itirənlərin sayı 299-a yüksəlib.
"Cebheinfo.az" "PTV News"a istinadən xəbər verir ki, Pakistanın Milli Fövqəladə Halların İdarəolunması Agentliyi (NDMA) musson yağışlarının yaratdığı itkilərlə bağlı açıqlama verib.
Bildirilir ki, 26 iyundan etibarən ölkədə təsirini göstərən sel və leysan yağışları səbəbindən 140-ı uşaq olmaqla 299 nəfər həyatını itirib, 715 nəfər isə yaralanıb.
Yağış və daşqınların təsirli olduğu bölgələrdə ümumilikdə 1 676 evin zərər gördüyü, bunlardan 562-nin tamamilə dağıldığı qeyd olunub.Qeyd olunub ki, sel bölgələrindən ümumilikdə 2889 nəfər təxliyə edilib və həmin ərazilərdə humanitar yardım tədbirləri davam etdirilir.
NDMA 28 iyulda yaydığı açıqlamada davam edən şiddətli yağışlar səbəbindən 279 nəfərin öldüyünü, 676 nəfərin isə yaralandığını açıqlamışdı.aCənubi Asiyada iyun-sentyabr ayları arasında təsirli olan musson yağışları hər il genişmiqyaslı təbii fəlakətlərə və bədbəxt hadisələrə səbəb olur.