AZ

Millimizin futbolçusu Premyer Liqa klubundan ayrıldı

Növbəti mövsüm Premyer Liqada çıxış edəcək “Qəbələ” daha bir futbolçusunu icarəyə verir.

İdmanxeber.az-a verilən məlumata görə, söhbət Okan Təhməzlidən gedir. 20 yaşlı yarımmüdafiəçi baş məşqçi Kaxaber Tsxadadzenin planlarına uyğun deyil. Bu səbəbdən də gənc oyunçu komandadan ayrılacaq.

Təhməzli Azərbaycan I Liqası təmsilçisi “Zaqatala”nın maraq dairəsindədir. Bölgə klubu yarımmüdafiəçini icarə əsasında heyətinə qatacaq. Yaxın günlərdə oyunçunun rəsmən açıqlanması gözlənilir. 

U-21 millimizin üzvü ötən mövsümü I Liqa təmsilçisi “Cəbrayıl”da keçirib.

Seçilən
13
idmanxeber.az

1Mənbələr