AZ

Tramp qolf oynayarkən qırıcılar HAVAYA QALXDI

ABŞ-ın prezidenti Donald Tramp Nyu-Cersi ştatındakı Bedminster qolf klubunda olarkən hava məkanına müvəqqəti qadağa qaydalarını pozan 2 sərnişin təyyarəsi hərbi qırıcılarla uzaqlaşdırılıb.

News24.az xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb. 

Şimali Amerika Hava Müdafiə Komandanlığından (NORAD)  biildirilib ki, Tramp qolf klubunda olarkən hava məkanına icazəsiz daxil olan iki sərnişin təyyarəsinə qarşı tədbir görülüb. NORAD-a aid hərbi təyyarələr havaya qalxaraq sərnişin pilotlarının diqqətini çəkmək üçün siqnal fişəngləri atıb.

Bu tədbirin həm sərnişin təyyarələrinin, həm də həmin ərazidəki əhalinin təhlükəsizliyini qorumaq məqsədilə edildiyi qeyd edilib. Pilotlara isə xəbərdarlıq olunub ki, Bedminster üzərində uçmazdan əvvəl lazımi qurumlara məlumat verməli və hava məkanına dair qadağaları pozmamalıdırlar.

Xeyrənsə Piriyeva

Seçilən
40
1
news24.az

2Mənbələr