AZ

“Sabah” və “Araz” üçün pley-offda potensial rəqiblər

Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edən “Sabah” və “Araz-Naxçıvan”ın pley-off mərhələsindəki potensial rəqibləri dəqiqləşib.

Arena.az xəbər verir ki, bu, İsveçrənin Nyon şəhərində təşkil edilmiş püşkatma mərasimində bəlli olub.

“Sabah” Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Bolqarıstanın “Levski” (Sofiya) komandasını mübarizədən kənarlaşdırsa, “Alkmar” (Niderland) – “Vaduts” (Lixtenşteyn) cütünün qalibi ilə qarşılaşacaq.

Naxçıvan kollektivi isə Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Kiprin “Omoniya” komandasını keçə bilsə, pley-offda Avropa Liqasının 3-cü təsnifat mərhələsinin PAOK (Yunanıstan) – “Volfsberger” (Avstriya) cütünün məğlubu ilə üz-üzə gələcək.

Qeyd edək ki, Konfrans Liqasında pley-off mərhələsinin ilk oyunları avqustun 21-də, cavab görüşləri 28-də baş tutacaq. “Sabah” ilk oyunu evdə, “Araz-Naxçıvan” isə səfərdə keçirəcək.

Seçilən
38
arena.az

1Mənbələr