Bakı. Trend:
Azərbaycanda büdcə qaydası dəyişib.
Trend xəbər verir ki, buPrezident İlham Əliyevin “Büdcə sistemi haqqında” AzərbaycanRespublikasının Qanununda edilən dəyişiklikdə əksini tapıb.
Qanuna əsasən, dövlət büdcəsinin icrası ilə bağlı qanunlayihələrinə dair Hesablama Palatasının rəyləri nəzərə alınmaqla,büdcə qanunvericiliyinin təkmilləşdirilməsi məqsədiləhazırlanıb.
Dövlət büdcəsinin icrası haqqında qanun layihələrinə dairHesablama Palatasının rəylərində ölkə Prezidentinin 3 iyun 2019-cuil tarixli fərmanı ilə təsdiq edilmiş "Şəhər və rayonlar üzrə vergiorqanlarının xətti ilə dövlət büdcəsinə nəzərdə tutulandaxilolmalardan büdcə ilinin sonuna artıq daxil olan vəsaitinmüəyyən hissəsinin həmin şəhər və rayonların sərəncamındasaxlanılması və istifadəsi Qaydası"na əsasən, il ərzində qalıqvəsaitdən birbaşa büdcədənkənar gəlirlərə istifadə olunmasınınbüdcə qanunvericiliyində təsbit olunan vahid xəzinə hesabınınsərbəst qalığının istifadə istiqamətlərinə uyğun gəlmədiyi və icraprosesində, xüsusilə uçotun aparılmasında və hesabatlılıqda bəziqeyri-müəyyənliklərə səbəb olduğu qeyd olunub.
Dövlət büdcəsində nəzərdə tutulmuş məqsədli büdcə və ehtiyatfondlarından, habelə dövlət büdcəsinin digər ehtiyatlarından büdcəili ərzində funksional, iqtisadi və inzibati təsnifata uyğun olaraqyönəldilən vəsaitlərin uçotu həmin fondların və ehtiyatlarınnəzərdə tutulduğu funksional, iqtisadi və inzibati təsnifata uyğunolaraq aparılır, yəni həmin vəsaitlər ayrıldığı təşkilatlarınbüdcəsində göstərilmir. Bu da nəticədə dövlət büdcəsinin müxtəlifmənbələrindən həmin təşkilatlara cəmi ayrılmış vəsaitlər barədəməlumatı əldə etməkdə çətinlik yaradır.
Dövlət başçısı müvafiq Qanunun icrası ilə bağlı Fərman imzalayıb.