AZ

Quşla toqquşan təyyarə zədələndi

ain.az bildirir, Hurriyyet portalına istinadən.

Hurriyyet.az xəbər verir ki, İspaniyada təyyarə quşla toqquşandan sonra zədələnib. Təyyarənin burnunun bir hissəsi qopub.

"Iberia" aviaşirkətinin Madrid-Paris marşrutu ilə uçan təyyarəsi quşla toqquşduqdan qəzalı eniş edib.

"Airbus A321" təyyarəsi havaya qalxdıqdan bir neçə dəqiqə sonra quşla toqquşaraq, burun hissəsini böyük bir qismini itirib. İspaniya mətbuatının yazdığına görə, quş radarın korpusunun yerləşdiyi hissəyə düşüb. Təyyarə, Madrid-Baraxis aeroportuna qayıtmağa məcbur olub. Pilot təyyarəni problemsiz endirməyə müvəffəq olub. Zərərçəkən olmayıb.

Hürr Tərcüman

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
17
1
hurriyyet.az

2Mənbələr