Azvision portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
AzVision.az xəbər verir ki, SDQ-nin mətbuat xidmətinin məlumatına görə, bu gecə Suriya qüvvələrinin Əl-İmam kəndində kürd yaraqlılarının mövqelərinə hücumuna cavab olaraq SDQ atəş açıb və hücumu dəf edib. Döyüş təxminən 20 dəqiqə davam edib. Suriyanın Müdafiə nazirliyi, öz növbəsində SDQ-ni avqustun 3-də Mənbic şəhəri yaxınlığındakı əl-Qayya bölgəsinə hücumda ittiham edib. Nazirliyin məlumatına görə, kürdlər bölgəni raket atəşinə tutub, nəticədə 4 hərbçi və 3 mülki şəxs yaralanıb.
Suriyadakı kürdlər silahı yerə qoymurlar | VİDEO
Xatırladaq ki, martın 10-da Suriyanın keçid dövrü üzrə prezidenti Əhməd əl-Şaraa ilə SDQ komandiri Məzlum Abdi arasında kürd birləşmələrinin Suriya ordusuna daxil edilməsi barədə saziş imzalanıb. Razılaşmaya əsasən, bu ilin sonuna qədər ölkənin şimal-şərqindəki bütün mülki və hərbi obyektlər, o cümlədən hava limanları və neft-qaz yataqları Dəməşqin yeni administrasiyasının nəzarətinə keçməlidir. Lakin proses çətinliklərlə üzləşib: iyulun 10-da danışıqların sonuncu raundu nəticəsiz başa çatıb. SDQ öz hərbi strukturunu saxlamaq və müstəqil qüvvə kimi Suriya ordusuna qoşulmaq istəyir. Bununla belə, rəsmi Dəməşq hakimiyyəti Suriyanın şimal-şərqinin tamamilə tabe olması tələbini qoyur. Sahil İsgəndərov
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.