AZ

Rusiya buğdasının ixrac qiyməti 3 dollar azalıb

Rusiya buğdasının tender qiymətləri avqustda tədarük üçün həftə ərzində 3 dollar ucuzlaşaraq bir ton üçün 237 dollara düşüb.

Bakues.az “İnterfaks”a istinadən xəbər verir ki, qiymətin ucuzlaşması Rusiya və Ukraynada məhsul yığımının sürətləndirilməsi, yeni taxıl tədarükünün artması və iri tenderlərin olmaması fonunda baş verib.

Hesabata görə, Fransa buğdasının tonu 2 dollar ucuzlaşaraq 232 dollara, Rumıniya buğdası 7 dollar ucuzlaşaraq 238 dollara, Avstraliya 1 dollar ucuzlaşaraq 255 dollara, Amerika buğdasının tonu 3 dollar ucuzlaşaraq 216 dollara düşüb. Argentina buğdasının qiyməti dəyişməyərək ton üçün 232 dollar səviyyəsində qalıb.

Analitiklərə görə, yaxın iki həftə ərzində Mərkəzi Rusiyada yağan yağışlar məhsul yığımını çətinləşdirəcək.

Asim

Seçilən
55
icma.az

1Mənbələr